2021-2022-ci tədris ili üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsində 2 550 nəfər uğur qazanıb.
Tehsil.biz xbər verir ki, bunlardan 721 nəfər müddətsiz müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində,
1 579 nəfər müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesində,
250 nəfər isə müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişməsi prosesi nəticəsində işə qəbul olunub.