Logo

MDU-nun rektoru professor-müəllim heyətini təbrik edib

05.10.2020 16:44 471 baxış
IMG

5 oktyabr – Beynəlxalq Müəllimlər günü münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edir, elmi-pedaqoji fəaliyyətinizdə və şəxsi həyatınızda yeni-yeni uğurlar arzulayıram.

Müasir Azərbaycan tarixinin şərəfli səhifələrinin yazıldığı bu günlərdə xüsusi vurğulamaq lazımdır ki, Siz təkcə ali təhsilli mütəxəssislər deyil, eləcə də Vətəninə, xalqına və dövlətinə bağlı vətənpərvər vətəndaşların yetişdirilməsində mühüm xidmətlər göstərirsiniz. Bu gün tarixi Azərbaycan torpaqlarını düşməndən azad edən qəhrəman əsgərlərimiz arasında Sizdən dərs almış gənclər də var.

Peşə bayramınız mübarək olsun!

Xəbər lenti