Logo

Azərbaycan Dillər Universiteti: Gün ərzində 1500-dək tələbə onlayn imtahan verir

12.01.2021 15:34 556 baxış
IMG

Azərbaycan Dillər Universitetində (ADU) 2020-2021-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyası davam edir.

 

ADU-dan bildirilib ki, imtahanlar üç növbədə saat 10:00-dan 18:00-ə qədər distant şəkildə keçirilir. Gün ərzində hər üç növbədə təxminən 1500-ə yaxın tələbə onlayn imtahan verir.

 

Yanvarın 11-nə olan statistik nəticələrə görə, hər üç növbədə təşkil olunan imtahanlarda 1482 tələbə onlayn imtahan verib. Kəsilən tələbə olmayıb. Ən yüksək bal toplayan tələbənin imtahan nəticəsi 100, ən aşağı bal toplayan tələbənin imtahan nəticəsi isə 53 olaraq qeyd olunub.

 

İmtahan sessiyası fevralın 8-dək davam edəcək.

Xəbər lenti