Bakıda iş yeri daimiləşən müəllimlərin sayı açıqlanıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "Tehsil.biz"ə verilən məlumata görə, müəllimlərin işə qəbulu müsabiqəsinin elektron yerləşdirmə mərhələsində müvafiq keçid balını toplayaraq ümumi təhsil müəssisələrindəki vakant yerlərə müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş müəllimlərin 2021-2022-ci dərs ili üçün onlayn müsahibələri nəticəsində müddətli müqavilə əsasında çalışan 1 010 nəfər müəllimin iş yeri daimiləşib.