Ümumi təhsil müəssisələrindəki peşə təmayüllü siniflərin məzunları üçün ixtisas imtahanları keçirilir.
Tehsil.biz xəbər verir ki, imtahanların keçirilməsində əsas məqsəd təhsilalanların müxtəlif peşələr üzrə yiyələndikləri ilkin bilik və bacarıqların yoxlanılması, onların əmək bazarına, eləcə də peşə təhsilinə hazırlıq səviyyəsinin müəyyənləşdirilməsindən ibarətdir.
İmtahanlarda Bakı şəhəri üzrə 15 məktəbdə (64, 97, 117, 120, 166, 179, 208, 213, 234, 265, 274, 293, 301, 302, 321 nömrəli tam orta məktəblər) yaradılan peşə təmayüllü siniflərin şagirdləri iştirak edir.
Şagirdlər ixtisas fənləri üzrə nəzəri test imtahanlarına və praktik imtahanlara cəlb olunurlar. Praktik imtahanlarda məzunların müvafiq meyarlar üzrə səriştələri yoxlanılır.
Müvafiq ixtisaslar üzrə nəzəri və praktik imtahanlarda topladığı ballara əsasən şagirdlərə Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən sertifikatlar təqdim olunacaq.