2021-2022-ci tədris ili ərzində Bakı Şəhər Təhsil İdarəsinin tabeliyində olan bir sıra ümumi təhsil müəssisələrinə yeni direktor təyinatları həyata keçirilib, bəzi direktorların əmək müqaviləsinə xitam verilib, həmçinin bir sıra məktəb direktorlarının iş yerləri dəyişdirilib.
Bu barədə "Tehsil.biz"ə BŞTİ-dən məlumat verilib.
Bildiirlib ki, BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinə 39 nəfər direktor vəzifəsinə təyin olunub, 16 direktorun iş yeri dəyişdirilib. 118 məktəb direktorunun müddətli əmək müqaviləsinin müddəti uzadılıb. Çalışmanın yaş həddinə çatmış 43 direktorla müddətli əmək müqaviləsi bağlanıb.
Müddətli müqavilə əsasında fəaliyyət göstərən 2 məktəb direktoru daimi əsaslarla direktor vəzifəsinə təyin edilib.
Ümumilikdə 11 məktəb direktoru ilə bağlanmış əmək müqaviləsinə müxtəlif əsaslarla xitam verilib.
2 ümumi təhsil məktəbinin (152, 172) fəaliyyəti bərpa edilib.
BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində şəhidlərin ailə üzvləri, qazi və Vətən Müharibəsi iştirakçılarının işə qəbulu diqqət mərkəzində saxlanılır. Belə ki, 2021-2022-ci tədris ilində müvafiq müraciətlər əsasında vakant yerlər üzrə paytaxt məktəblərində 207 nəfər şəhid və qazi ailəsinin üzvü işə qəbul olunub.