Logo

Harvardın ən məşhur müəllimi “Yeni çağırışlar”da

10.06.2022 15:15 427 baxış
IMG

İyunun 23-ü saat 19:30-da “Yeni çağırışlar” müzakirə proqramının növbəti buraxılışı yayımlanacaq.

Tehsil.biz xəbər verir ki, proqramın budəfəki qonağı Harvard Universitetinin tarixində ən çox tələbəsi olan müəllim, yazıçı, beynəlxalq bestseller müəllifi, Xoşbəxtlik Araşdırmaları Akademiyasının həmtəsisçisi və baş direktoru Tal Ben Shahar olacaq. 

Xoşbəxtlik və liderlik üzrə dünyada tanınan yazıçı və müəllim ilə xoşbəxt məktəblər və liderliyin psixologiyası barədə danışılacaq.

Tal Ben Shahar həmçinin Xoşbəxt Məktəb proqramlarının yaradıcısıdır. Harvard Universitetində keçdiyi pozitiv psixologiya və liderliyin psixologiyası dərsləri ilə Harvard tarixindəki ən çox tələbəsi olan müəllim kimi tanınır. 30-dan çox dilə tərcümə olunan “Xoşbəxtlik araşdırmaları: giriş”, “Daha xoşbəxt”, “İstədiyiniz həyatı seçin”, “Xoşbəxtliyə aparan qısa yollar”, “Liderliyin sevinci” və digər kitabların müəllifidir. 

Qeyd edək ki, Təhsil Nazirliyinin dəstəyi və “T-Network" platformasının təşkilatçılığı davam edən proqram nazirliyin rəsmi “Facebook” səhifəsi üzərindən Azərbaycan dilinə tərcümə ilə canlı yayımlanacaq.

Xəbər lenti