Logo

Paytaxtda 172 məktəb Milli Qəhrəman və şəhid adınadır

10.06.2022 16:13 469 baxış
IMG

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabinetinin qərarına əsasən, paytaxtdakı 6 ümumi təhsil müəssisəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən Müharibəsi Qəhrəmanlarının adları əbədiləşdirilib.

Tehsil.biz xəbər verir ki, Bakı şəhəri 98 nömrəli tam orta məktəbə Azərbaycanın Milli Qəhrəmanı İlqar Anzor oğlu Mirzəyevin, 47 nömrəli tam orta məktəbə Vətən Müharibəsi Qəhrəmanı Zaur İsmayıl oğlu Nudirəliyevin, 216 nömrəli tam orta məktəbə Vətən Müharibəsi Qəhrəmanı Ramiz Vaqif oğlu Qasımovun, 88 nömrəli tam orta məktəbə Vətən Müharibəsi Qəhrəmanı Elçin Elşən oğlu Mansurovun, 48 nömrəli tam orta məktəbə Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Aydın oğlu Həsənovun, 291 nömrəli Ekologiya liseyinə isə Vətən Müharibəsi Qəhrəmanı Azad Arif oğlu Hümbətovun adı verilib.

Hazırda paytaxtda 172 məktəb Milli Qəhrəman və ya şəhidlərin adını daşıyır.

Xəbər lenti