Logo

51 məktəbdə keyfiyyət monitorinqi aparılıb

10.06.2022 21:14 491 baxış
IMG

Təhsil Nazirliyinin 2022-ci il üçün fəaliyyət planında nəzərdə tutulmuş “Ümumtəhsil müəssisələrində keyfiyyətə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi” fəaliyyətinin icrası çərçivəsində cari ilin fevral-may aylarında Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən 51 məktəbdə keyfiyyət monitorinqi aparılib.

Agentlikdən verilən məlumata görə, keyfiyyət monitorinqləri TKTA tərəfindən yaradılmış monitorinq qrupları tərəfindən çərçivə sənədində müəyyən edilmiş keyfiyyət göstəriciləri əsasında məktəb fəaliyyətinin 4 sahəsi üzrə aparılıb. Bu sahələr şagirdlərin nailiyyətləri, şəxsiyyət kimi inkişafı, öyrətmə və qiymətləndirmə, məktəb mühiti, həmçinin idarəetmənin keyfiyyətini əhatə edir. Məktəb fəaliyyətinin keyfiyyətinin ətraflı dəyərləndirilməsini aparmaq məqsədilə monitorinq heyəti dərs müşahidələri, məktəbin direktoru, müavinlər, psixoloq, fənn metodbirləşmə rəhbərləri ilə müsahibələr, məktəbin infrastrukturuna və maddi-texniki bazasına baxış, anonim sorğular və s. kimi fəaliyyətlər həyata keçirmişlər.

Monitorinq aparılmış 51 məktəbdə ümumilikdə 2290 dərs müşahidəsi aparılıb, 371 nəfər heyət üzvü müsahibədə iştirak edib. Bakının müxtəlif rayonları, həmçinin Abşeron rayonu üzrə, eyni zamanda Gəncə, İsmayıllı, Qəbələ ərazisində yerləşən məktəblərdə ümumilikdə 61224 şagird təhsil alır və 3892 müəllim heyəti çalışır. Monitorinqlərin nəticəsində əldə edilən məlumatlar təhlil edilərək hər bir məktəbin fəaliyyəti haqqında ətraflı hesabatlar hazırlanıb.

Qeyd edək ki, monitorinqlərin əsas məqsədi məktəblərin müsbət və inkişafa ehtiyacı olan tərəflərini aşkar etməklə təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət etməkdir. TKTA-nın inspeksiya heyəti bu sahədə Bakı Şəhər Təhsil İdarəsinin nəzdində Təlimə Dəstək Mərkəzi və ARTİ-nin Medodik dəstək və Peşəkar İnkişaf mərkəzi ilə əməkdaşlıq etməkdədir.

Xəbər lenti