Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bufetinə kənardan yemək gətirilməsinin qadağan olunduğu ilə bağlı məlumat yayılıb.
Tehsil.biz xəbər verir ki, bu barədə “Azərbaycan Universitetləri” səhifəsində paylaşılıb.
Qeyd edək ki, həmin qərar tələbələr və ictimaiyyət tərəfindən qınaqla qarşılanıb.
Məsələ ilə bağlı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin mətbuat xidmətindən "Tehsil.biz"ə həftəsonu işləmədiklərini, daha sonra cavab verə biləcəklərini bildirib.