Logo

UNEC XIV Karyera yarmarkası təşkil olunacaq

11.06.2022 15:16 441 baxış
IMG

İyunun 28-29-da Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) XIV Karyera yarmarkası təşkil olunacaq.

UNEC-dən bildirilib ki, Azərbaycanda ilk dəfə onlayn platforma üzərindən təşkil olunacaq Karyera yarmarkasında iştirak etmək istəyən müəssisə və təşkilatlar virtual platformada stendlər qurub, öz vakansiyalarını və təcrübə proqramlarını UNEC-in tələbə və məzunlarına təqdim edə biləcəklər.

Yarmarkada iştirak etmək istəyən müəssisə və təşkilatlar bu barədə məlumatı [email protected] ünvanına göndərə bilərlər.

Tələbə və məzunlar yarmarkada nüfuzlu şirkətlər tərəfindən təqdim olunan vakansiyalar və təcrübə proqramlarına onlayn müraciət edib, müsahibələrə qatılmaq imkanı əldə edəcəklər.

Xəbər lenti