Logo

Azərbaycan İlahiyyat İnstitutunda xarici tələbələr təhsillərini başa vurub

11.06.2022 16:40 308 baxış
IMG

Qazaxıstanda fəaliyyət göstərən “Nur-Mübarək” Misir İslam Mədəniyyəti Universiteti ilə əməkdaşlıq müqaviləsi çərçivəsində bu ali təhsil müəssisəsinin iki tələbəsi Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) birsemestrlik təhsil müddətini başa vurub.

Aİİ-dən Tehsil.biz-ə verilən məlumata görə, ingilis dilində keçirilən dərslər öz sahəsinin peşəkar mütəxəssisləri olan Aİİ-nin müəllimləri tərəfindən təşkil olunub.

Qeyd edək ki, Aİİ-nin qarşısına qoyduğu məqsədlərdən biri də ali təhsil müəssisəsinin dünya miqyasında tanınmasına nail olmaqdır. Bu istiqamətdə institut ilahiyyat sahəsində tanınmış dünya universitetləri ilə əlaqələr yaradır, ikitərəfli əməkdaşlığa dair memorandum və müqavilələr imzalayır. Hazırda əməkdaşlıq müqaviləsi çərçivəsində Aİİ-nin tələbələri xarici ölkə universitetlərində ilahiyyat sahəsi üzrə təhsillərini davam etdirirlər.

Xəbər lenti