Logo

AzTU-da təkrar ali təhsil almaq üçün sənəd qəbulu aparılır

11.06.2022 17:10 316 baxış
IMG

Azərbaycan Texniki Universitetində (AzTU) 2022/2023-cü tədris ilində 30 ixtisas üzrə (əyani və qiyabi) təkrar ali təhsil almaq üçün sənəd qəbulu aparılır.

AzTU-dan "Tehsil.biz"ə bildirilib ki, təkrar ali təhsilə sənəd qəbulu yalnız elektron qaydada (http://tekrar-alitehsil.aztu.edu.az:9594/) həyata keçirilir.

Müvafiq ixtisaslara qəbul olmaq istəyənlər tələb olunan sənədləri elektron qaydada təqdim etdikdən sonra müvafiq tələblərə cavab verdikləri halda təkrar ali təhsil almaq hüququnu qazanacaqlar.

Sənədlərin qəbulu avqustun 1-dək davam edəcək.

Namizədlər ətraflı məlumat üçün [email protected] ünvanına yaza bilərlər.

 

Xəbər lenti