Cəlilabadda intihar hadisəsi baş verib.
"Tehsil.biz"in məlumata görə, bu barədə sosial şəbəkədə paylaşılıb.
Bildirilib ki, 2002-ci il təvəllüdlü Hətəmov Tural Mehman oğlu özünü asıb.
Qeyd olunub ki, T. Hətəmov Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının 2-ci kurs tələbəsi olub.