Bakı Mühəndislik Universitetinin təhsil müəssisəsinin həyətində ilanların olması ilə bağlı paylaşımlara münasibət bildirib.
Məsələ ilə bağlı “Qafqazinfo”ya məlumat verən universitetin mətbuat katibi Elman Babayev qeyd edib ki, uiversitet rəhbərliyi aiddiyyəti üzrə Abşeron Rayon Gigiyena və Epidemiologiya Mərkəzinə müraciət edib:
"Bu gün universitetin bütün ərazisi dərmanlanıb, ilanlara qarşı tədbir görülüb. Dərmanlanma işi aparıldığı üçün universitet bağlı olub. Şəklin kim tərəfindən yapışdırıldığından xəbərim yoxdur”.