Logo

LDU-da “İnsan hüquqları aylığı” çərçivəsində tədbir keçirilib

11.06.2022 20:15 430 baxış
IMG

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən hər il qeyd olunan “18 may - 18 iyun İnsan hüquqları aylığı” çərçivəsində 11 may 2022-ci il tarixində Lənkəran Dövlət Universitetində (LDU) müəllim və tələbələr üçün növbəti maarifləndirici seminar keçirilib. 

Teshil.biz xəbər verir ki, seminarı giriş sözü ilə LDU-nun sosial məsələlər üzrə prorektoru, dosent Kamran Kazımov açaraq tədbirin məqsədi, əhəmiyyəti barədə geniş məlumat verib, Birləşmiş Millətlər Təşkilatının (BMT) 30 maddədən ibarət qəbul etdiyi İnsan Hüquqları haqqında Bəyannamə, ölkəmizdə dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında bu sahədə görülən işlər, aparılan islahatlardan ətraflı bəhs edib. Kamran Kazımov Ermənistanın Azərbaycana 30 ilə yaxın davam edən təcavüzü, mənfur qonşularımız tərəfindən vətəndaşlarımızın hüquqlarının pozulmasından danışıb,  44 günlük Vətən müharbəsində Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli ordumuzun, qəhrəman oğullarımızın qanı, canı bahasına vətəndaşlarımızın pozulmuş hüquqlarının bərpa olunduğunu qeyd edib.

Tədbirdə LDU-nun Ümumi işlər üzrə prorektoru Növruz Həsənquliyev  məruzə edib. Məruzəçı Azərbaycan Respublikasının Konstitutsiyasında, beynəlxalq qanunvericilikdə insan hüquqları haqqında olan maddələri ətraflı şərh edib, sosial şəbəkələrdə, mediada insan hüquqlarının təbliğ edilməsinin, gənc nəsildə hüquqi düşüncə və mədəniyyətin inkişaf etdirilməsinin vacibliyini bildirib, həmçinin, LDU-da bu istiqamətdə aparılan işlər haqqında iştirakçıları ətraflı məlumatlandırıb.

Məruzədə qeyd olunub ki, bu gün, həqiqətən də, hüquqi dövlət quruculuğu yolunu seçmiş ölkəmizdə həyata keçirilən tədbirlər və islahatlar insanlarda şüurlu surətdə hüquqi inamın formalaşmasına, əhali arasında hüquq mədəniyyətinin yayılmasına və bu istiqamətdə uğurlu nəticələrin əldə olunmasına öz töhfəsini verməkdədir. Bildirilib ki, vətəndaşların maraqlarına uyğun dövlət səviyyəsində atılan bütün addımlar insan hüquqlarına verilən ali dəyərin göstəricisidir. Bu baxımdan hər birimiz insan hüquqları mədəniyyətinin təbliğində maraqlı olmalıyıq.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti