İyunun 10-da Sabirabad şəhər 4 nömrəli tam orta məktəbdə “Kiçik Akademiya”nın illik fəaliyyətinə həsr olunmuş tədbir keçirilib.
Tehsil.biz xəbər verir ki, tədbiri giriş sözü ilə açan məktəbin direktoru Mahir Zahidov “Kiçik Akademiya”nın fəaliyyətindən danışıb, əldə olunan uğurların qazanılmasında müəllim və şagirdlərin birgə səylərinin mühüm rol oynadığını qeyd edib.
Sonra “Kiçik Akademiya” üzvləri öz tədqiqat işlərini nümayiş etdiriblər.
Xatırladaq ki, "Kiçik Akademiya"ların yaradılmasında məqsəd istedadlı, yaradıcı təfəkkürə malik, araşdırma aparmaq qabiliyyəti olan şagirdlərin üzə çıxarılması və onları bir məqsəd ətrafında birləşdirməkdir.