Logo

Magistrantlar “Formula 1” ulduzları ilə bir arada olublar

11.06.2022 21:00 478 baxış
IMG

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) “İdman menecmenti”proqramının magistrantları və "Beynəlxalq idman marketinqi" fənni üzrə müəllim Con Andrea Şoşe “Formula 1” Azərbaycan Qran Prisi trasında olublar.

Tehsil.biz xəbər verir ki, İsveçrənin “Alpha Romeo” komandası tərəfindən təşkil edilən ekskursiya zamanı tələbələrimiz pilotlar Valtteri Bottas və Çjou Quanyu ilə də görüşüblər.

Bütün pit-leyni ziyarət edərək pit gəzintisi keçirən magistrantlarımız həmçinin müxtəlif komandaların pitstop məşqini görmək və məşhur F1 pilotları ilə tanış olmaq imkanı qazanıblar.

F1 nümayəndələri ilə söhbət zamanı "Formula 1" yarışları, təşkilatı işlər, sponsorların cəlb edilməsi, marketinq planlaması, infrastruktur və digər istiqamətlər üzrə məsələlər əsas müzakirə mövzusu olub. 

Xəbər lenti