Logo

Azərbaycanda müəllim vəfat etdi

12.06.2022 17:50 525 baxış
IMG

​​​Uzun illərdir Azərbaycanda pedoqoji fəaliyyət göstərən türkiyəli müəllim Aziz Çankaya vəfat edib.

“Qafqazinfo”nun məlumatına görə, 2012-ci ildən Bakı Ali Neft Məktəbində İngilis dili və Humanitar Fənlər Mərkəzinin baş müəllimi kimi fəaliyyət göstərən pedaqoq ötən gün dünyasını dəyişib.

Qeyd edək ki, Aziz Çankaya 90-cı illərin əvvəllərindən Azərbaycanda fəaliyyət göstərib.

O, daha əvvəl Qafqaz Universitetində (hazırkı Bakı Mühəndislik Universiteti) müxtəlif vəzifələrdə çalışıb.

Aziz Çankaya tələbələr arasında yüksək reytinqli və sevilən müəllimlərdən biri kimi tanınıb.

Xəbər lenti