2021-2022-ci tədris ilində təhsil müəssisələrinin maddi-texniki bazasından dərsdənkənar və təhsilalanların istifadəsində olmadığı vaxtlardan istifadə edilməklə, məktəblərdə müxtəlif idman növləri, xarici dil, şahmat, musiqi, rəqs və digər kursların təşkili üçün 140 üçtərəfli birgə fəaliyyət müqaviləsi imzalanıb.
Bu barədə "Tehsil.biz"ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən xəbər verilib.
Qeyd edilib ki, həmçinin ali təhsil və orta ixtisas müəssisəsi tələbələrinin İdarənin tabeliyindəki ümumi təhsil məktəblərində pedaqoji təcrübə keçmələri ilə bağlı 175 ümumi təhsil müəssisəsini və məktəbəqədər təhsil müəssisəsini əhatə edən 11 ikitərəfli müqavilə imzalanıb.