2021-2022-ci tədris ilində "Rəqəmsal bacarıqlar" layihəsinin tətbiqi genişləndirilib.
Tehsil.biz xəbər verir ki, layihə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərləri, Şəki, Şamaxı, Lənkəran, Biləsuvar, Xaçmaz, Yevlax, Sabirabad, Salyan, Şəmkir, Göyçay və Şabran rayonları üzrə 250 məktəbdə 190 000-dən çox şagirdi əhatə edib.
11 məktəbin 10-cu siniflərində "Rəqəmsal bacarıqlar" təmayül sinifləri yaradılıb. Sözügedən siniflərdə 316 şagird təhsil alır və onlara həftədə 5 saat olmaqla informatika fənni tədris edilir. Bundan əlavə, cari tədris ilində layihə valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün internat məktəblərini də əhatə edib.