Logo

İyunun 27-29-da Şəki rayonunda ilk beynəlxalq qiymətləndirmə düşərgəsi təşkil edəcək

13.06.2022 13:49 316 baxış
IMG

Təhsil İnstitutu və Şəki-Zaqatala Regional Təhsil İdarəsi birlikdə iyunun 27-29-da Şəki rayonunda ilk beynəlxalq qiymətləndirmə düşərgəsi təşkil edəcək.

Universitetdən "Tehsil.biz"ə verilən məlumata görə, düşərgənin təşkil olunmasında əsas məqsəd təhsil işçilərinin, xüsusilə müəllimlərin beynəlxalq qiymətləndirmələr barədə məlumatlılığını artırmaq, təhsildə qərarların verilməsində, təhsil siyasətinin formalaşmasında qiymətləndirmələrin rolunun anlaşılması, qiymətləndirmə siyasətinin təkmilləşdirilməsində müəllimlərin iştirakını təmin etməkdir. Eyni zamanda, düşərgə iştirakçıları şagirdlərin oxu, riyaziyyat və təbiət elmləri üzrə biliklərinin real həyatda tətbiqi, yaradıcı düşüncə bacarıqların rolu, eləcə də ev mühiti, məktəb mühiti, sosial-iqtisadi vəziyyət və s. amillərin şagirdlərin öyrənməsində rolu barədə məlumat alacaqlar.

Düşərgədə iştirakçılar Azərbaycanın iştirak etdiyi beynəlxalq qiymətləndirmələr barədə daha ətraflı məlumat alacaq, tədqiqat metodologiyaları və nümunə suallarla tanış olacaqlar.

Xəbər lenti