İyunun 20-də Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında "Min bir gecə" baleti nümayiş olunacaq.
Bu barədə "Tehsil.biz"ə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, baletin nümayişi Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Gəncə Regional Mədəniyyət İdarəsi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı və F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının dəstəyi ilə baş tutacaq.
Qeyd edək ki, “Min bir gecə” baletinin nümayişi Prezident İlham Əliyev tərəfindən imzalanmış, görkəmli bəstəkar, tanınmış ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti Fikrət Əmirovun anadan olmasının 100 illiyinin qeyd edilməsi haqqında 2022-ci il 15 mart tarixli Sərəncamın icrası məqsədilə təsdiq olunmuş tədbirlər planına əsasən həyata keçiriləcək.