Logo

Bartın Universiteti ilə Xəzər Universiteti arasında əməkdaşlığa dair müqavilə imzalanıb

13.06.2022 15:55 463 baxış
IMG

Xəzər Universitetində Türkiyənin Bartın Universitetinin və Artvin Çoruh Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor, akademik Hamlet İsaxanlı, rektor dosent İradə Xəlilova, Bartın Universitetinin rektoru Orhan Uzun, prorektor Sedat Yazıcı, Artvin Çoruh Universitetinin rektoru Mustafa Sıtkı Bilgin və başqaları iştirak ediblər.

Xəzər Universitetindən "Tehsil.biz"ə verilən məlumata görə, görüşdə ikitərəfli əlaqələrin möhkəmlənməsinə dair müqavilə imzalanıb və təhsil müəssisələri arasında tərəfdaşlıq, akademik əlaqələrin gücləndirilməsi istiqamətində müzakirələr aparılıb.

Əməkdaşlığa dair sənəddə universitetlərarası əlaqələrin genişləndirilməsi, birgə elmi tədbirlərin keçirilməsi, elmi nəşrlərin təsis edilməsi, işçi heyətin və tələbələrin mübadiləsi və bir sıra vacib məsələlər nəzərdə tutulub.

Xəbər lenti