Logo

2021-2022-ci ildə BŞTİ-yə 95 mindən çox müraciət daxil olub

13.06.2022 17:49 483 baxış
IMG

2021-2022-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə 95 615 müraciət daxil olub.

Tehsil.biz xəbər verir ki, müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ həll olunub, digərləri isə araşdırmaya yönləndirilib.

Statistikaya əsasən, BŞTİ-nin 146-1 nömrəli Çağrı Mərkəzinə 72 247 zəng qəbul edilib.

Xüsusi karantin rejimi dövrünün tələblərinə uyğun olaraq, İdarə tərəfindən vətəndaş qəbulu prosesi bir müddət videoqəbul formatında həyata keçirilib.  Videoqəbulda iştirak edən 694 vətəndaşın müraciəti İdarənin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən dinlənilib, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görülüb.
Vətəndaşların Qəbulu Mərkəzində 5 130 vətəndaşın müraciəti cavablandırılıb.

17 544 sənəd (vətəndaşlar tərəfindən 4 555 ərizə, 3 518 elektron müraciət, Təhsil Nazirliyindən 2 174, digər qurumlardan 1 728, məktəblərdən 3 804 məktub və  1 765 kadr ərizəsi)  qəbul olunub.

Xəbər lenti