Logo

Gəncə məktəblərində “Son zəng” qeyd olunub - FOTOLAR

14.06.2022 16:19 504 baxış
IMG

Ölkə ərazisində tətbiq olunan karantin rejimi yumşaldıqdan sonra, ilk dəfə bu il məktəblərdə ənənəvi qaydada “Son zəng” tədbirləri keçirilib.

Tehsil.biz xəbər verir ki, respiblikanın hər yerində olduğu kimi, Gəncə şəhərində də  məzunlar  “Son zəng” həyəcanını böyük coşqu və təmtəraqla qeyd ediblər. 

Gəncənin 45 ümumtəhsil müəssisələri üzrə 2840 şagird üçün “Son zəng” çalınıb.

Keçirilən tədbirlərdə əvvəlcə Azərbaycan Dövlət Himni səsləndirilib. Daha sonra torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Bu özəl gündə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının müavinləri, şöbə müdirlər, Milli Məclisin deputatları, habelə idarə, müəssiə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri şəhərin ayrı-ayrı məktəblərində olub, məzunların sevincini bölüşüb, onlara gələcək həyatlarında uğurlar arzulayıblar.
Qonaqlar öz çıxışlarında, ölkə Prezidenti İlham Əliyevin diqqət və qayğısı, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə ümumi təhsil müəssisələrinin infrastrukturunun yaxşılaşdırılması istiqamətində mühüm işlərin görüldüyünü bildiriblər. Natiqlər məzunları XI sinfi uğurla başa vurmaları münasibətilə təbrik edərək, onlara yeni-yeni nailiyyətlər arzulayıblar.

Sonra məzunlar məktəbə, müəllimə həsr olunan şeir və mahnılar söyləyib, maraqlı rəqslər ifa ediblər.

Sonda, məzunlar üçün “Son zəng” çalınıb.

Xəbər lenti