Logo

AƏSMA-da konfrans: "İnsan hüquqlarının qorunması prioritet siyasət kimi” - FOTO

14.06.2022 16:44 375 baxış
IMG

14 iyun 2022-ci il tarixdə Azərbaycan Əmək və  Sosial Münasibətlər Akademiyasında    Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan olunmuş “İnsan Hüquqları Aylığı” çərçivəsində “İnsan hüquqlarının qorunması prioritet siyasət kimi” mövzusunda elmi-praktik konfrans keçirilib.

Tehsil.biz xəbər verir ki, konfransı Akademiyanın elmi və tədris işləri üzrə prorektoru dosent Fəhrad Möhbalıyev açaraq tədbirin əhəmiyyətindən və ölkəmizdə insan hüquqlarının qorunması sahəsində görülən işlərdən danışıb.

Sonra söz alan Ombudsman Aparatının Hüquqi maarifləndirmə sektorunun müdiri Müqalib Mahmudov insan hüquqlarının sahəsində Ombudsmanın fəaliyyətindən, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının Həmkarlar İttifaqı Hərəkatı və sosial fənlər kafedrasının müəllimi Kamal Hacıyev Azərbaycanın əsas qanununda insan hüquq və azadlıqlarının qoyuluşundan və  oradakı maddələrin işləmə mexanizmlərindən, AƏSMA  HİH və sosial fənlər kafedrasının müəllimi Nailə Qəhrəmanova insan hüquqları və hüquqi mədəniyyətin spesifik xüsusiyyətlərindən, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Zeynəddin Şabanov insan hüquqlarının gender aspektindən, IV kurs tələbəsi İlham Həsənzadə Azərbaycanda uşaq hüquqlarının müdafiəsindən danışmış, maraqlı müzakirələr olub.

Xəbər lenti