Logo

Kanalda batan məzun az bal yığdığı üçün İNTİHAR EDİB?

14.06.2022 18:45 511 baxış
IMG

Füzulidə kanalda batdığı deyilən məzunla bağlı bir sıra detallar məlum olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, 11-ci sinif şagirdi olan 17 yaşlı Zaur Süleymanov qəbul imtahanından az bal yığıbmış. Bu səbəblə də o, yaşadığı evdən çıxaraq, naməlum istiqamətdə gedib. Ehtimal olunur ki, məzun özünü Baş Mil kanalına atıb.

Hazırda Z. Süleymanovun axtarış tədbirləri davam etdirilir.

Məlumata görə, yeniyetmənin tapılması üçün hətta Baş Mil kanalı hazırda qurudulur.

Z.Süleymanovun intihar edib-etməməsi isə dəqiq bilinmir.

Həmçinin oxuyun: 11-ci sinif şagirdi “Son zəng” öncəsi itkin düşüb

Xəbər lenti