Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 15 İyun – Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib.
Tehsil.biz xəbər verir ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib. Sonra ulu öndər Heydər Əliyevin və torpaqlarımızın bötüvlüyü uğrundu canlarından keçən şəhidlərin əziz xatirəsi yad olunub.
Çıxış edən Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışının dövlətçilik tariximizin şanlı səhifələrindən olduğunu diqqətə çatdırıb. Rektor çıxışında ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının tarixində əvəzsiz xidmətlərindən bəhs edib, əsası Ulu Öndər tərəfindən qoyulan siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib.
Bildirilib ki, 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər məhz 1993-cü il iyunun 15-dən etibarən Azərbaycan naminə, ölkəmizin inkişafı və Azərbaycanın bütövlüyü uğrunda aparılan mübarizənin, yürüdülən siyasətin hərbi-siyasi yekunu, möhtəşəm nəticəsidir.
Sonra 15 İyun – Milli Qurtuluş Gününə həsr olunan videoçarx nümayiş olunub.
Müəllimlərdən İctimai Elmlər və Mutltikulturalizm kafedrasının müəllimi Çinarə Səfərova, tələbələrdən Gülçin Nəbizadə, Elşən Həsənli, Aygün Quliyeva çıxışlar edərək Heydər Əliyev siyasətindən, onun xalqına, Vətəninə olan sevgisindən ətraflı danışıblar.