Logo

Azİİ e-Kitab Evində 15 İyun Qurtuluş Gününə həsr olunmuş kitab sərgisi təşkil olunub

14.06.2022 20:47 284 baxış
IMG

İyunun 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e-Kitab Evində 15 İyun Qurtuluş Gününə həsr olunmuş kitab sərgisi təşkil olunub.

Tehsil.biz xəbər verir ki, sərgidə dahi rəhbər Heydər Əliyevin Azərbaycan xalqının taleyində, müasir Azərbaycan dövlətinin qurulmasında və inkişafındakı xidmətlərindən, həmçinin Azərbaycanı parçalanmaqdan, dövlətçiliyi məhv olmaqdan, xalqı vətəndaş müharibəsi təhlükəsindən qurtarmasından bəhs edən kitablar nümayiş olunub.

Sərgidə həmçinin ümummilli lider Heydər Əliyevin  fəaliyyəti  dövründə respublikamızın ictimai-siyası, sosial, iqtisadi, elmi və mədəni həyatındakı hadisələri əks etdirən 50-dən çox kitab və digər nəşrlər yer alıb.

Xəbər lenti