Logo

“BANM Kiber Klub”un üzvləri tələbələrlə görüşüb

14.06.2022 21:26 321 baxış
IMG

Bakı Ali Neft Məktəbində (BANM) yeni fəaliyyətə başlayan “BANM Kiber Klub”un İdarə heyətinin üzvləri Ali Məktəbin 1-ci kurs tələbələri ilə görüşüb. 

Tehsil.biz xəbər verir ki, klubun idarə heyətinin üzvləri – BANM - in İnformasiya təhlükəsizliyi ixtisasının 3-cü və 4-cü kurs tələbələri - Əli Əsgərli, Hüseyn Qəmbərov, Nigar Nəcəfli, Tapdıq Məhərrəmli görüşdə dünyada və ölkəmizdə mövcud olan kiber vəziyyət, kiber savadlılığın artırılması və düzgün resurslar haqqında iştirakçılara məlumat veriblər. 

Eyni zamanda tələbələr klubun fəaliyyəti, hədəfləri, mövcud sessiyalar və onların məzmunu ilə tanış olublar. Sonda isə tələbələrin müvafiq sualları cavablandırılıb.

Xəbər lenti