Logo

UNEC-in gənc müəllimi Aysel Quliyeva: “Təhsilin təməli innovativlik və fərdiliyin vəhdətidir!”

13.01.2021 20:48 789 baxış
IMG

"UNEC-in gənc müəllimləri” layihəsinin növbəti iştirakçısı Aysel Quliyevadır.

 

Aysel Quliyeva: “Təhsilin təməli innovativlik və fərdiliyin vəhdətidir!”

 

2003-2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Xüsusi İstedadlar (XİQ) qruplarında “Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə bakalavr təhsili alıb. Eyni ixtisas üzrə UNEC-də magistr təhsili alaraq, universiteti fərqlənmə diplomları ilə bitirib.

 

2007-2009-cu illərdə özəl biznes sferasında E-commerce departamentində çalışıb. 2009-cu ildə UNEC-də Baloniya sisteminin təqbiqi üzrə İşçi qrupunda fəaliyyət göstərib.

 

2010-cu ildən pedaqoji fəaliyyətə başlayıb. 2014-cü ildən Beynəlxalq iqtisadiyyat (ingilis dilli) kafedrasının müəllimidir. Beynəlxalq İqtisadiyyat Məktəbi (İSE), UNEC SABAH, UNEC Biznes Məktəbində  “İnformasiya kommunikasiya texnologiyaları”, “Ətraf mühitin iqtisadiyyatı” və s. fənləri ingilis dilində tədris edir.

 

2015-ci ildən TGT ilə SABAH və İSE fakültələrinin tələbələri üçün “İstedad Keyfiyyətin Təməlidir” layihəsinin rəhbəridir. Layihə çərçivəsində tələbələr komanda şəklində yeni texnologiyalardan istifadənin üstüklüklərini təbliğ edirlər.

 

2016-ci ildə DAAD proqramı ilə UNEC ilə Almaniyanın Siegen Universiteti arasındakı əməkdaşlıq çərçivəsində, Siegen Universitetində elmi tədqiqat aparıb.

 

Çexiya, Serbiya, Monteneqro, Türkiyə, Gürcüstan və digər ölkələrdə keçirilən beynəlxalq konfranslarda iştirak edib.

 

Tədrisdə innovativ tədris metodlarından (embodied learning, adaptive teaching, Stealth Assessment, argumentation,Computational Thinking  and etc.) istifadə edir.

 

15-dən çox elmi məqalənin müəllifidir. Məqalələri xarici nəşrlərdə, eləcə də SCOPUS beynəlxalq məlumat bazasında indekslənən jurnallarda dərc olunub. Hazırda elmi işinin son müdafiəetmə mərhələsindədir.

 

SABAH qruplarında Tələbə-Müəllim elmi əməkdaşlıq layihəsində tələbələrlə elmi tədqiqatlar və məqalələr üzərində çalışır.

 

Azərbaycan, rus, ingilis və fransız dillərini bilir.

Xəbər lenti