“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Teleradio Akademiyasının növbəti - dördüncü tədris ilinin buraxılış mərasimi keçirilib.
"Tehsil.biz"in məlumatına görə, QSC-nin sədri Rövşən Məmmədov, Akademiyanın rektoru Telli Pənahqızı məzunların buraxılış mərasimində iştirak ediblər. Dinləyicilərə sertifikatlar təqdim olunub.
Buraxılış mərasiminə Azərbaycan Televiziyasının qocaman əməkdaşları da qatılıblar. Onlar arasında Dilarə Səlim, Sevda Ağazadə, Nəcibə Əlixanova, Almaz Nəsibova, Xatirə Hüseynova, Əlimürsəl Hacızadə, Elxan Məsimov, Namiq Həsənov, Natəvan Osmanlı, Hüseyn Hüseynov, həmçinin tanınmış aparıcı Nərgiz Cəlilova da olub.
Məzunlara QSC-də təcrübə keçmək imkanı yaradılıb.
Xatırladaq ki, son tədris ili üçün müsabiqə mərhələsinə 221 nəfər CV göndərib, 119 namizəd müsahibəyə çağırılıb, onlardan 85 nəfəri tədris ilini uğurla bitirib serfikat alıb. Dinləyicilər müvafiq olaraq aparıcı-müxbir, redaktor, montaj və qrafik dizayn, rejissor, operator, musiqi tərtibatçısı sahəsi üzrə təhsil alıblar.
Onu da bildirək ki, Teleradio Akademiyasının 4 buraxılışı olub. Ümumilikdə 1556 nəfər Akademiyada təhsil üçün CV göndərib, 300 nəfər məzun olub. Onlardan 50-si QSC-də işlə təmin olunub.