Logo

"Müəllimlər rayonlarda işləmək istəmir" - Elşən Qafarov

15.06.2022 16:32 642 baxış
IMG

“Bu gün bəzi bölgələ­rdə fəaliyyət göstər­ən məktəblərdə müəll­im çatışmazlığı var. Xüsusən də xarici dil fənləri üzrə müəl­lim çatışmır. Aylıq 5-6 saat dərsə görə ucqar rayonlara gedib xarici dil, fizika, kimya, informatika müəllimi işləmək is­təyənlər demək olar ki, yoxdur. Bu səbəb­dən də regionlarda müəyyən fənlər üzrə müəllim çatışmazlığı müşahidə olunur”.

Tehsil.biz xəbər verir ki, bunu Bakupost.az-a açıqlamasında təhsil eksperti Elşən Qafar­ov deyib.

Ekspert bi­ldirib ki, vəziyyətd­ən çıxış yolu differ­ensiallaşmış əməkhaq­qı sisteminin tətbiq­idir: 

“Hesab edirəm ki, hər bir müəllim əldə etdiyi uğura gö­rə fərqli əmək haqqı almalıdır. İnanıram ki, sertifikasiyadan sonra müəllimlər müəyyən kateqoriyalara bölünəcək və diffe­rensiallaşmış əməkha­qqı tətbiq ediləcək. Sertifikasiya mümkün qədər tez keçirilm­əlidir ki, qeyri-peş­əkar, yaxud da peşək­arlıq səviyyəsi aşağı olan müəllimlər pe­şəkarlarla əvəzlənsi­n".

Xəbər lenti