Logo

ADAU-da “Əczaçılığın botanikası” kitabının təqdimatı keçirilib

15.06.2022 18:01 419 baxış
IMG

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Torpaqşünaslıq və aqrokimya fakültəsində “Əczaçılığın botanikası” kitabının təqdimatı keçirilib.

Tehsil.biz xəbər verir ki, təqdimatda ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, tərbiyə işləri üzrə prorektor Aidə Qasımova, Torpaqşünaslıq və aqrokimya fakültəsinin kafedra müdirləri və professor-müəllim heyəti iştirak ediblər.

Təqdimat mərasimində çıxış edən universitetin rektoru İbrahim Cəfərov kitabın mütəxəssislər üçün qiymətli mənbə olduğunu vurğulayıb, nəşrdə əczaçılıq morfologiyası və əhəmiyyəti haqqında mikroskopik şəkillərlə izahlı məlumatların verildiyini diqqətə çatdırıb.

“Əczaçılığın botanikası” kitabının müəllifi, biologiya kafedrasının dosenti, biologiya fəlsəfə doktoru Aygün Sərdarova deyib ki, əczaçılıq botanikası sahəsi bitkilərin, əsasən də dərman əhəmiyyətli bitkilərin sistematikasını, morfologiyasını və anatomiyasını, bitki toxumalarının funksional xüsusiyyətlərini və bitkilərin əczaçılıq əhəmiyyətini öyrənir. “Əczaçılığın botanikası” kitabında əsasən bitki hüceyrəsi, toxumaları, xüsusən ifrazat toxumlarının, vegetativ orqanların metomorfozunun əczaçılıq üçün əhəmiyyəti qeyd olunub. Müəllif, eyni zamanda, kitabda ibtidai bitkilərin, ali sprolu bitkilərin, çılpaqtoxumlu bitkilərin anatomik, sistematik və əczaçılıq əhəmiyyəti haqqında rəngli təsvirlərlə geniş məlumatın olduğunu da vurğulayıb.

Bildirilib ki, dərslikdə əczaçılıq əhəmiyyətli göbələklərin, eyni zamanda digər göbələklərin faydalılıq xüsusiyyətləri haqqında da məlumat verilib.

Digər çıxış edənlər müəllifə uğurlar arzu edərək, kitabın həm mütəxəssislər, həm də tələbələr üçün qiymətli vəsait olduğunu bildiriblər.

Xəbər lenti