2021-2022-ci tədris ili ərzində 6 min 544 tələbəyə kredit verilib.
Bu barədə "Tehsil.biz"ə Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, kreditlərin 2 min 379-u sosial, 4 min 165-i standart yönümlüdür.
Təhsil tələbə kreditinin ayrılmasında məqsəd təhsilin hamı, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılması və təhsilin əhatə dairəsinin genişləndirilməsidir.