Logo

“Creative Spark” layihəsi çərçivəsində növbəti vebinar

14.01.2021 04:37 560 baxış
IMG

Xəzər Universiteti İngiltərənin Middlesex Universiteti ilə birlikdə “Creative Spark” layihəsi çərçivəsində növbəti vebinar keçirib.

 

Universitetdən Tehsil.biz-ə bildirilib ki, “Sahibkarlıqda qadınlar – çətinliklər və imkanlar” mövzusuna həsr edilən vebinarın budəfəki qonağı Zara Hüseynova olub.

 

Tədbirdə Z.Hüseynova sahibkarlıq təcrübəsini tələbələrlə bölüşüb. O, sahibkarlıqda önəmli olan motivasiya, plan və işçi ilə işəgötürən arasındakı münasibətlərin vacibliyindən danışıb.

 

Vebinarda mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.

Xəbər lenti