Logo

Yeni dərs ili üçün nümunəvi cədvəllər təqdim edilib

11.09.2020 09:36 704 baxış

Hörmətli məktəb rəhbərləri və müəllimlər

Tehsil.biz xəbər verir ki, Təhsil nazirliyi Yeni dərs ili üçün nümunəvi cədvəllər tərtib edib.

Hibrid tədris üçün dərs cədvəli nümunəsi 4 müxtəlif  situasiyanı əhatə edir:

– əyani tədris həftədə 2 dəfə olarsa və sinifdə şagird sayı sosial məsafəni qorumağa imkan verərsə, başqa sözlə, bütöv sinif üçün

– əyani tədris həftədə 2 dəfə olarsa və sinifdə şagird sayı sosial məsafəni qorumağa imkan verməzsə, başqa sözlə, sinif qruplara bölünərsə

– əyani tədris həftədə 3 dəfə olarsa və sinifdə şagird sayı sosial məsafəni qorumağa imkan verərsə, başqa sözlə, bütöv sinif üçün

– əyani tədris həftədə 3 dəfə olarsa və sinifdə şagird sayı sosial məsafəni qorumağa imkan verməzsə, başqa sözlə, sinif qruplara bölünərsə.

Bu nümunədən istifadə etməklə sizin məktəbin xüsusiyyətlərinə uyğun dərs cədvəli hazırlaya bilərsiniz. Nəzərə alın ki, sinif yarımqruplara bölündüyü halda uyğunlaşdırılmış tədris planında distant dərslər üçün nəzərdə tutulmuş dərslərin bir hissəsini əyani dərslərə vermək lazımdır.

Dərs cədvəlinizi həm də teledərslərin cədvəlinə uyğunlaşdırmağınız tövsiyə olunur. Teledərslər hər gün “Mədəniyyət” və “Arb Günəş”  televiziya kanallarında səhər və günorta təkrar verilməklə yayımlanır.  

1 / 4

Xəbər lenti