Logo

İnformasiya texnologiyaları üzrə elmi-tədqiqat aparmaq istəyənlərin nəzərinə

22.09.2020 14:33 567 baxış

AMEA İnformasiya Texnologiyaları İnstitutunda doktoranturaya və dissertanturaya qəbul davam edir.

AMEA-dan bildirilib ki, institutda kompüter elmləri istiqaməti üzrə 2 yer (1 əyani, 1 qiyabi), sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi istiqaməti üzrə 2 yer (1 əyani, 1 qiyabi), informasiyanın mühafizə üsulları və sistemləri, informasiya təhlükəsizliyi üzrə 1 yer (qiyabi), müvafiq ixtisaslar üzrə dissertanturaya 3 yer, elmlər doktoru proqramı üzrə dissertanturaya isə 1 yer nəzərdə tutulur.

Sənəd qəbulu oktyabrın 7-dək davam edəcək.

Xəbər lenti