Gənc nəslin peşəkar inkişafına önəm verən və bu istiqamətdə müxtəlif layihələr həyata keçirən PAŞA Holding “Əlaçı” təqaüd proqramını elan edir.
Tehsil.biz xəbər verir ki, proqrama 3-cü və ya 4-cü kurs bakalavr tələbələri müraciət edə bilər.
2022/2023-cü tədris ilini və 100 nəfər tələbəni əhatə edən bir illik təqaüd proqramında qeydiyyatdan uğurla keçən tələbələrə aylıq təqaüd verilməsi nəzərdə tutulur. Bununla yanaşı, tələbələr şəxsi və karyera inkişafı üzrə təlim proqramlarına qoşulmaq, karyera məsləhətləri və mentorluq, eləcə də şəbəkələşmə fəaliyyətləri ilə tanış olmaq imkanı əldə edəcəklər.
Proqram haqqında ətraflı məlumatla www.elachi.az saytından tanış olmaq olar.