Goranboy rayonunun 2 saylı tam orta məktəbinin narkomanlar oylağına çevrilməsi ilə bağlı xəbər vermişdik.
"Tehsil.biz"in məlumatına görə, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, iddialar həqiqəti əks etdirmir:
“Respublikanın digər şəhər və rayonlarında olduğu kimi, Goranboy rayonunda da Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mütəmadi olaraq həm profilaktiki, həm də əməliyyat axtarış tədbirləri həyata keçirilir. Sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı isə polis əməkdaşları həmin ünvana gələrək müvafiq araşdırmalar aparıb. Məktəbə bitişik olan həmin təsərrüfat binasında hər hansı bir narkotik və ya istifadə edilməsi üçün əşya aşkarlanmayıb. Divardakı qan ləkəsindən isə nümunə götürülərək müvafiq ekspertizaya göndərilib”.