Logo

“İrsin idarəedilməsi bacarıqlarının inkişafı” təlim proqramının üçüncü günü - FOTO

16.06.2022 18:00 515 baxış
IMG

UNESCO-nun Dünya Mədəni və Təbii İrsinin Qorunmasına dair 1972-ci il Konvensiyası çərçivəsində “İrsin idarəedilməsi bacarıqlarının inkişafı” Təlim proqramının üçüncü günü keçirilib və ölkəmizin irsin idarəedilməsi sahəsində aidiyyəti qurumların nümayəndələri təlim kursunda iştirak edib. 

Tehsil.biz xəbər verir ki, təlim kursunun üçüncü gününün təlimçisi EU4CULTURE layihəsinin yerli məsləhətiçisi, Mədəni irs üzrə ekspert Günay Rzazadə Konvensiyanın konkret müddəaları üzərindən real nümunələr ilə üzv ölkələr üçün imperativ olan hüquqi inzibati çərçivələr, yerli, milli və beynəlxalq səviyyələrdə izah edilib. O, həmçinin, interaktiv metodlarla mədəni irsin müxtəlifliyinin təbliğinin vacibliyi, yerli icmaların irsin qorunması və inkişafında iştirakçılığı, beynəlxalq əməkdaşlıq və yardım imkanları barədə sessiyasında məlumat vermişdir, eləcə də irs idarəetməsinin ölkə kontekstində SWOT analizi aparılaraq, konkret suallar ətrafında sual-cavab sessiyası keçirilib.

Təlim proqramı Mədəniyyət Nazirliyinin sifarişi, Dövlət Turizm Agentliyi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tərəfdaşlığı və Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının dəstəyi ilə 4 əsas mövzuya: “Milli/yerli kimliyi əks etdirən və cəmiyyətin iqtisadi inkişafına töhfə verən yerlər kimi mədəni irsdə ən yaxşı təcrübələr”, “Mədəni irs siyasəti və institutları. Konvensiyadan mövzular və qeydlər”, “Maddi və Qeyri-maddi İrs və Dayanıqlı İnkişaf”, “Mədəni irsin cəmiyyətin sosial-mədəni inkişafında rolu (ən yaxşı təcrübələr, çağırışlar və imkanlar)” həsr olunur və iştirakçıların bu sahədə səriştə və bacarıqların artırılması, həmçinin ölkəmizin beynəlxalq mədəniyyət və yaradıcılıq fəaliyyətlərinin səmərəli təşkilinə töhfə verəcək. Təlim proqramı sabah 17 iyun tarixində davam edərək sona çatacaq.

Xəbər lenti