Cəlilabad rayonunda şagirdlərin xoş olmayan görüntüləri yayılıb.
Tehsil.biz xəbər verir ki, sosial şəbəkədə paylaşılan videoda məktəblilərin siqaret şəkmələri əks olunub.
Görüntülərdəki şagirdlərin Cəlilabad rayonunun Göytəbə şəhər 1 nömrəli tam orta məktəbində təhsil aldıqları qeyd olunub.
Bildirilib ki, onlar "Son zəng" günü videonu lentə alaraq "Tik-tok" sosial şəbəkəsində yerləşdiriblər.
İctimaiyyət arasında ciddi müzakirələrə səbəb olan həmin görüntüləri buradan izləyə bilərsiniz.