Logo

Sağlamlıq imkanları məhdud uşaqlardan Vətən Müharibəsinə həsr olunmuş videoçarx

14.01.2021 12:39 664 baxış
IMG

Bakı şəhəri 268 nömrəli xüsusi məktəbin şagirdləri Vətən Müharibəsində qazanılmış böyük zəfərə həsr edilən maraqlı videoçarx hazırlayıblar.

 

Videoçarxın hazırlanmasının əsas məqsədi şagirdlərin vətənpərvərlik tərbiyəsi işinin səmərəliliyini artırmaq, qüdrətli Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsinə diqqəti cəlb etmək, onları milli-mənəvi dəyərlərə hörmət və Vətənə məhəbbət ruhunda tərbiyə etməkdən ibarətdir.

 

Ulu öndər Heydər Əliyev və Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevin Qarabağ torpaqlarına dair dəyərli fikirləri ilə başlayan videoçarxda şagirdlər Vətən Müharibəsi zamanı işğaldan azad olunmuş torpaqlarımız, şəhidlər və qazilər haqqında fikirlərini səsləndirirlər. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə Vətən Müharibəsinin iştirakçılarına öz təşəkkürlərini bildirirlər.

 

https://youtu.be/zUGAq4AlrxY

Xəbər lenti