Şirvan-Salyan Regional Təhsil İdarəsi problemlərin aradan qaldırılması üçün idarənin tabeliyində çalışan təhsil işçilərinə müraciət edib.
Qurumdan "Tehsil.biz"ə bildirilib ki, həmin idarənin tabeliyində olan təhsil müəssisələrində təxmini dərs bölgüsü və eyni zamanda digər məsələlərlə bağlı hər hansısa mənfi, neqativ halların aşkarlandığı zaman +994502838621 qaynar xətt əlaqə nömrəsinə bu barədə məlumat bildirməyiniz xahiş olunur.
Qeyd edilib ki, daxil olan məlumatlara müvafiq qaydada Şirvan Salyan Regional Təhsil İdarəsinin rəhbərliyi tərəfindən baxılır.