Logo

Heykəltaraşlıq müsabiqəsinin müddəti uzadılıb

17.06.2022 21:00 363 baxış
IMG

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 yanvar 2022-ci il tarixli 3096 nömrəli Sərəncamı ilə 2022-ci il ölkəmizdə “Şuşa İli” elan edilməsi ilə bağlı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən 15 mart - 15 iyun 2022-ci il tarixlərində heykəltaraşlıq müsabiqəsi təşkil edilib.

Tehsil.biz xəbər verir ki, ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanmış müsabiqəyə heykəltaraşlar tərəfindən bir çox nümunə təqdim edilib. Müsabiqəyə nümunələrin qəbul müddətinin yetərsiz olduğunu ilə bağlı heykəltaraşların istəklərini nəzərə alaraq, müsabiqənin 1 sentyabr 2022-ci il tarixinədək uzadılmasına dair qərar qəbul edilib.  Layihələrin müzakirəsi qapalı şəraitdə keçiriləcək.

Müsabiqənin qalibi barədə məlumatlar əsas mərhələ başa çatdıqdan 15 gün sonra 15 sentyabr 2022-ci il tarixində Mədəniyyət Nazirliyinin rəsmi saytında (culture.gov.az) yayımlanacaq.

Mükafatlar:

Birinci yer (1 nəfər) – I dərəcəli diplom və 8000 manat

İkinci yer (2 nəfər) – II dərəcəli diplom və 4000 manat

Üçüncü yer (3 nəfər) – III dərəcəli diplom və 3000 manat

Həvəsləndirici mükafat (10 nəfər) – 500 manat

“Şuşa İli” elan edilməsi ilə bağlı keçirilən

açıq heykəltaraşlıq müsabiqəsinin şərtləri

Təşkilatçılar:

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

MÜSABİQƏNİN keçirilmə müddətləri:

Müsabiqədə iştirakın şərtləri:

1. MÜSABİQƏDƏ şəhər heykəltəraşlığı sahələrində işləyən peşəkar yerli və xarici heykəltəraşlar iştirak edə bilərlər.

2. Namizədlər MÜSABİQƏDƏ iştirak etmək üçün təyin edilmiş nümunə üzrə ərizəni təqdim etməlidirlər. Ərizə bilavasitə namizəd tərəfindən doldurulur. Ərizənin bütün bəndlərinin doldurulması mütləqdir. Müsabiqədə iştirak üçün yalnız müəllifliyi şəxsən namizədə aid olan heykəllər qəbul edilir.

3. Namizədlər tərəfindən təqdim olunmuş heykəllər üçün ödəniş edilmir. Müəllif hüquqlarının pozulmasına (plagiata) görə məsuliyyəti müvafiq materialları MÜSABİQƏYƏ göndərmiş şəxs daşıyır.

4. Müəllif ərizə vermək və nəzərdən keçirilməsi üçün heykəli təqdim etməklə (elektron şəkildə təqdim etmək də mümkündür) seçim mərhələsinin iştirakçısı olur. İştirak üçün heykəli Mədəniyyət Nazirliyinə (Bakı şəhəri, Hökümət Evi) təqdim etmək və ya elektron poçt vasitəsilə [email protected] ünvanına “Şuşa şəhərinə həsr olunmuş heykəlin hazırlanması üçün müsabiqə” başlığı ilə göndərmək lazımdır.

5. MÜSABİQƏNİN təşkilat komitəsi verilmiş heykəllər arasından yalnız bir qalib müəyyənləşdirir. MÜSABİQƏ iştirakçılarının seçimi aşağıdakı meyarlar üzrə həyata keçirilir: mövzuya uyğunluq; müəllif mülahizəsinin və icra edilmə səviyyəsinin peşəkarlığı, təqdim edilmiş kompozisiyanın materialın emal texnologiyasına uyğunluğu.

6. Heykəllərin təqdim edilməsi üçün son tarix: 1 sentyabr 2022-ci il.

7. MÜSABİQƏNİN mövzusu “Şuşa”.

8. Hekəlin materialı: tunc, mərmər və bürünc 

Hər bir heykəl həm fərdi iştirakçı, həm də komanda tərəfindən hazırlana bilər. Həmmüəlliflərin sayı 3 nəfərdən çox olmamalıdır.

Müsabiqəyə yekun vurulması

Finalda iştirak edən heykəl nümunələri MÜSABİQƏNİN populyarlaşdırılması və daha geniş tamaşaçı kütləsinə çatdırılması məqsədilə təşkilatçı tərəfindən KİV-də işıqlandırıla bilər. Bu halda heykəl layihəçilərinin müəllifliyi qorunub saxlanılır.

Açıq heykəltəraşlıq müsabiqəsinin iştirakçısının anketi (PDF)

Doldurulmuş qeydiyyat forması 1 sentyabr 2022-ci il tarixinədək müsabiqənin təşkilat komitəsinə [email protected] elektron poçt ünvanına “Şuşa şəhərinə həsr olunmuş heykəlin hazırlanması üçün müsabiqə” başlığı ilə göndərilməlidir.

Xəbər lenti