Logo

Nazir yeniliklərdən danışdı: "Müəllimlərin sertifikasiyasına başlanılır" - VİDEO

18.06.2022 01:39 1487 baxış
IMG

"Avqust ayından müəllimlərin sertifikasiyasına başlanılır".

Tehsil.biz xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev REAL TV-yə müsahibəsində tədris ilinin yekunlarından və qarşıdakı aylarda görüləcək işlərdən danışarkən deyib.

O bildirib ki, builki tədris ilinin əsas uğurlu nəticələrindən biri də pandemiyadan sonra ilk dəfə tədris ilinin arasıkəsilmədən aparıla bilməsidir:

“Bəzi məktəb və siniflərdə bağlanmaların olmasını nəzərə almasaq, ümumilikdə ili sistem üzrə davamlı həyata keçirə bildik. Bu il xüsusilə ali təhsildə tələbələrə kreditlərin verilməsi, regional dairələrin yaradılması, təhsil müəssisələri ilə yanaşı məktəbəqədər təhsil müəssisələrinin də Təhsil Nazirliyinin balansına verilməsi əsas hadisələrdən oldu".

Nazirin sözlərinə görə, bu ildən başlayaraq ilk dəfə olaraq məktəbəqədər təhsil üzrə şagird qəbulu elektron qaydada aparılacaq:

"Eləcə də, müəllimlərin məktəbəqədər təhsil müəssisələrinə qəbulunun mərkəzləşdirilmiş qaydada aparılması, növbəti həftələrdə müəllimlərin işə qəbulu müsabiqəsi, daha sonra isə müəllimlərin sertifikasiyası məsələsi planlaşdırılır. Planlar çoxdur və ona uyğun layihələr həyata keçiriləcək". 

Xəbər lenti