Logo

Türkiyədə tələbə yumurta qabığından radiasiyadan qoruyan məhsul hazırlayıb

18.06.2022 23:42 451 baxış
IMG

Türkiyədə tələbə yumurta qabığından radiasiyadan qoruyan məhsul hazırlayıb.

Bu barədə Hitit Universitetindən bildirilib.

“Fərqli nanomateriallardan istifadə edərək radiasiyadan qoruyucu məhsul inkişaf etdirmə layihəsi” Seyfi Şevikinin rəhbərliyi altında Pelin Bayaner tərəfindən hazırlanıb.

Yeni zirehli məhsulun hazırlanması üçün yumurta qabığı, qrafen, mis, alüminium, kalsium və silisium karbiddən istifadə edilib.

Dünyada radiasiya şüalarının zərərli təsirlərindən qorunmaq üçün ən çox istifadə edilən materialın qurğuşun olduğunu deyən Seyfi Şevik bildirib:

“Layihəmiz çərçivəsində qurğuşuna alternativ də axtarılır. Yeni material və həndəsə ilə radiasiyadan qoruyucunu inkişaf etdirdik. İstehsal etdiyimiz yeni materialların qurğuşuna alternativ ola biləcəyini düşünürük”.

Mənbə: "Anadolu"

Xəbər lenti