Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Niyazi adına 22 nömrəli uşaq musiqi məktəbi Azərbaycan Milli İncəsənət Muzeyində “Şuşa İli”nə həsr olunmuş “İlin uğurları” adlı konsert keçirib.
Tehsil.biz xəbər verir ki, konsertdə çıxış edənlər tədris ili ərzində Qazaxıstan, Fransa, Yaponiya, Belçika və s. ölkələrdə keçirilmiş müxtəlif beynəlxalq müsabiqələrdə laureat və diplomant adını qazanan şagirdlər olublar.
Tədbirdə şagirdlərin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib.
Konsert dinləyicilər tərəfindən maraqla qarşılanıb.