Logo

“Bakı Yay Caz günləri” festivalı fəaliyyətini bərpa edir

20.06.2022 12:54 388 baxış
IMG

İkiillik fasilədən sonra “Bakı Yay Caz günləri” (Baku Summer Jazz Days) festivalı fəaliyyətini bərpa edir.

Mədəniyyət Nazirliyindən "Tehsil.biz"ə verilən məlumata görə, bu il konsertlər Heydər Əliyev Mərkəzinin parkında açıq havada keçiriləcək. Giriş sərbəstdir.

İyulun 6-da festivalı amerikalı caz pianoçusu və bəstəkarı Emmet Kohen öz triosu ilə açacaq. Həmin gün çıxış edəcək Firudin Həmidov isə gənc nəslə aid olan caz trumpet ifaçısı və bəndlideridir.

İyulun 7-də proqram, məşhur İsveç-Türkiyə saksofonçusu, bəstəkar, aktyor, prodüser İlhan Erşahinin kvarteti ilə davam edəcək. Həmin gün səhnə alacaq Diana Hacıyeva müasir Azərbaycan caz səhnəsinin istedadlı nümayəndələrindən biridir. 

Hər iki gün festival səhnəsi həmçinin bizim caz qruplarımıza təqdim olunacaq. Bu, əsl millətlərarası caz musiqisi dialoqu olacaq.

Konsertlərin ictimaiyyət üçün əlçatan olması və bununla da Bakı caz ənənələrinin geniş tamaşaçı auditoriyası üçün canlandırılması festivalın əsas məqsədidir.

Xəbər lenti